EN

Şahramanyan Xankəndidə təxribat törədən ermənidən danışdı

2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı zamanı ölən separatçılardan 66 nəfəri Xankəndi və ətraf rayonlarda dəfn olunub. 

Avtosfer.az xəbər verir ki, bu barədə ləğv olunumş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan açıqlayıb. 

Şahramanyan qeyd edib ki, Yerablurda qalıqların yenidən dəfn edilməsi məsələsi qaldırılıb: "Bununla bağlı həm Ermənistan hakimiyyəti, həm də Azərbaycan nümayəndələrindən ilkin razılıq alınıb, lakin proses hələ də baş tutmayıb". 

O, Qarabağ sakini Karen Avanesyanın Xankəndidə təxribat törətməsinə də münasibət bildirib: "O, bir neçə onlarla erməni ilə birlikdə Xankəndidə qaldı. Hadisə ilə bağlı əlavə şərh verə bilmərəm, çünki məlumat çox azdır. Amma baş veribsə, deməli, o, zərərsizləşdirilib".

Xatırladaq ki, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi "Kalaşnikov" avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib. 

Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə cinayət işi qaldırılaraq əməliyyat-istintaq tədbirləri aparılır.

Chosen
29
1
avtosfer.az

2Sources