İndoneziya hökuməti son günlər şiddətli daşqınlardan sonra Bali adasında yeni otel və restoranların tikintisinə ciddi qadağa qoyub.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Təbii fəlakət nəticəsində ən azı 18 nəfər həlak olub, minlərlə insan zərər çəkib.
Bu, son 10 ilin ən pis daşqınları kimi təsvir edilir. Bu səbəbdən sentyabrın 10-da adada fövqəladə vəziyyət elan edilib.Güclü yağışlar adanın Denpasar şəhərində və ətraf ərazilərdə evlərə, infrastruktura və ictimai obyektlərə böyük ziyan vurub.
Şəfa Hüseynli