EN

Şimpanzeləralkoqollu meyvələri yeyirlər? - "Sərxoş meymun" nəzəriyyəsielmi jurnalda

Şimpanzelər hər günbir qədəh içkiyə bərabərqəbul edirlər.

Kulis.az xəbər verir ki, Afrikada aparılan yeni tədqiqat şimpanzələrin gündəlik 14 qram alkoqol qəbul etdiyini ortaya qoyub. Bu, onların yetişmiş və təbii şəkildə fermentləşmiş meyvələri yeyərkən gündə ən azı bir stəkan pivəyə bərabər alkoqol qəbul etdikləri mənasına gəlir.Tədqiqatçılar bu rəqəmi “ kifayət miqdarda” kimi dəyərləndirirlər.

İnsanların əcdadlarının da oxşar şəkildə gündəlik qidalanma vərdişləri vasitəsilə həm alkoqolun dadını, həm də onun orqanizmdə emalını öyrəndiyi düşünülür.

Bu araşdırma “sərxoş meymun" adlanan və insanlarda alkoqolun sevilməsinin səbəbini primatların fermentləşmiş meyvələrdən gündəlik alkoqol qəbul etməsinə bağlayan nəzəriyyəni bir daha təsdiqləyir.

Bu nəzəriyyə ilk dəfə 20 il əvvəl ABŞ-lı bioloq Robert Dudley tərəfindən irəli sürülmüşdü.

Son dövrlərdə primatların fermentləşmişmeyvələri seçmə meyli olduğunu göstərən tədqiqatlar sayəsində, əvvəllər şübhə ilə qarşılanan bu nəzəriyyə yenidən diqqət mərkəzinə gəlir.

Lakin tədqiqat yeni suallar da doğurub: Şimpanzelər alkoqol səviyyəsi yüksək meyvələri məqsədli şəkildə axtarırlar, yoxsa qarşılarına çıxanda yeyirlər? Bu suala hələlik cavab tapılmayıb.

Qeyd edək ki, araşdırmanın nəticələri "Science Advances" elmi jurnalında dərc olunub.

Chosen
28
1
kulis.az

2Sources