EN

Türkiyədə bu şəxslərə şəhid statusu veriləcək

Türkiyədə meşə yanğınları ilə könüllü şəkildə mübarizə aparan və yanğında həlak olan şəxslər şəhid hesab olunacaq.

“Qafqazinfo” “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı açıqlayıb. 

Bildirilib ki, bu barədə qərar “Rezmi Gazete”də dərc olunaraq sonra qüvvəyə minib.

Onun sözlərinə görə, bu il yanğınlarla mübarizə zamanı meşə işçiləri və könüllüləri ilə yanaşı, həlak olan digər könüllülər və vətəndaşlara rəsmi olaraq şəhid statusu veriləcək.

"Cebheinfo.az" 

Chosen
7
2
cebheinfo.az

4Sources