EN

Nadir Azəri: "Azərbaycan suverenliyi sözün bütün mənalarında bərpa edilmişdir"

“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar Jurnalist Nadir Azəri QHT.az-a açıqlamasında dövlət suverenliyinin milli və beynəlxalq baxımdan əhəmiyyətini şərh edib.

QHT sədri bildirib ki, dövlət suverenliyi bir ölkənin öz sərhədləri daxilində tam müstəqilliyə nail olması, ali hakimiyyətə malik olması və daxili işlərini xarici təsirdən asılı olmadan həyata keçirməsi deməkdir. “Suverenlik dövlətin qanunvericilik, icra və məhkəmə hakimiyyəti üzərində tam səlahiyyətini təmin edən əsas hüquqi prinsipdir”, – deyə CASCFEN sədri vurğulayıb.

Nadir Azəri qeyd edib ki, Azərbaycan bu baxımdan qürurlu və xoşbəxt ölkələr sırasındadır:

“Biz bu suverenliyi öz gücümüzlə, alnımızın təri, qanımız və canımız bahasına əldə etmişik. 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünü bərpa etdi. 2023-cü ilin sentyabrında isə antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonunda suverenlik tam şəkildə təmin edildi”.

Ardı var...

 

Pərvanə Fərhadqızı

Chosen
19
qht.az

1Sources