EN

Ər-Riyad ABŞ-a inanmır: Yeni təhlükəsizlik tərəfdaşları axtarır – WSJ

“The Wall Street Journal” yazır ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında strateji qarşılıqlı müdafiə sazişinin imzalanmasından sonra Ər-Riyad artıq ABŞ-a arxalanmağa hazır deyil və yeni ittifaqlar axtarır.

Qəzet hesab edir ki, Səudiyyə Ərəbistanı ilə Pakistan arasında yeni razılaşma regionda qüvvələr balansını dəyişə bilər və ABŞ-ın Yaxın Şərqdə çoxdankı tərəfdaşının milli təhlükəsizlik baxımından Vaşinqtondan asılılığını aradan qaldırmaq istədiyini göstərir. O qeyd edir ki, Ər-Riyad və İslamabad arasında razılaşma İsrailin Dohada Fələstinin Həmas hərəkatının yüksək rütbəli üzvlərinə zərbə endirməsindən bir həftə sonra elan edilib. Qəzet qeyd edir ki, nəticədə ABŞ-ın İsraili Yaxın Şərqdə İrana qarşı çəkindirici vasitəyə inteqrasiya etmək planları pozulub.

Çərşənbə günü Pakistan və Səudiyyə Ərəbistanı arasında strateji qarşılıqlı müdafiə sazişi imzalanıb, buna əsasən, hər iki tərəfə edilən hücum “hər ikisinə qarşı təcavüz” sayılacaq. Bu, həmçinin iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafına yönəlib. Sənədi Səudiyyə Ərəbistanının vəliəhdi və baş nazir Məhəmməd bin Salman əl-Səud və Pakistanın baş naziri Şahbaz Şərif imzalayıb.

Chosen
46
1
veteninfo.az

7Sources