İsrail Livanın cənubundakı iki bölgəyə hava hücumu təşkil edib, hadisə zamanı insan tələfatı qeydə alınmayıb.
"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun Livanın Nebatiyə şəhərinə bağlı üç qəsəbədən sonra ölkənin cənubundakı iki bölgəyə daha hava hücumu təşkil etdiyi bildirilib.
Livan mediasının verdiyi xəbərə görə, İsrail təyyarələri Sur şəhərinə bağlı eş-Şihabiye və Bint əl-Cubeyl şəhərinə bağlı Burc əl-Kalaviye qəsəbələrində iki binanı hədəfə alıb.
İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) dünən axşam Livanın şərqində yerləşən Baalbek şəhərində bir avtomobili hədəfə alıb və nəticədə iki livanlı həyatını itirib.