EN

Bakıda küçədə yatan pişik bir günə "dünya ulduzu" oldu - VİDEO - FOTO

Bakıda Formula 1 zonasında gəzən pişik sosial mediada böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, Formula 1, "McLaren", "Mercedes AMG F1" və digər komandaların rəsmi instaqram və "X" səhifələri pişiyin görüntülərini paylaşıb.

Komandalar onu "Kitty Antonelli" adı ilə təqdim edib.

Foto və videolar sürətlə paylaşılıb və sosial şəbəkələrdə trend mövzusuna çevrilib.

Qeyd edək ki, bu gün Bakının sayca doqquzuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-prisinə start verilib. Sonuncu gün isə 21 sentyabrda baş tutacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
19
3
milli.az

4Sources