EN

Bricit Makron qadın olduğunu sübut etmək üçün məhkəməyə dəlil təqdim edəcək

Bricit Makron qadın olduğunu sübut etmək üçün məhkəməyə dəlil təqdim edəcək

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron barəsindəki “kişi doğulub” iddialarına qarşı ABŞ-lı ifrat sağçı şərhçi Kendeys Ouensə açdığı böhtan iddiasında elmi və fotoqrafik sübutlar təqdim etməyə hazırlaşır.

Makron cütlüyünün vəkili Tom Kler bildirib ki, müştəriləri Ouensin irəli sürdüyü iddiaların ümumi və xüsusi olaraq yalan olduğunu sübut etməyə hazırdırlar.

Ouensin iddiaları və məhkəmə prosesi

Kendeys Ouens 2024-cü ildən etibarən YouTube videolarında və podkastlarında Bricit Makronun cinsi kimliyi ilə bağlı məlumatlar yaymağa başlayıb.

Bu paylaşımlar milyonlarla dəfə izlənib. Ouens isə iddiasını müdafiə edərkən bütün peşəkar nüfuzunu ortaya qoyacağını açıqlayıb.

Makron cütlüyü iyulda Delaver ştatında açdıqları iddiada Ouensi “əsassız, təhqiredici və yalan” fikirlərlə qlobal miqyasda böhtan kampaniyası aparmaqda ittiham edib. Vəkil Kler bildirib ki, məhkəməyə elmi xarakterli ekspert rəyləri təqdim olunacaq.

Klerin sözlərinə görə, Bricit Makron bu iddialardan son dərəcə narahatdır və prezident Makron isə bu vəziyyətdən ailə həyatına zərər vuran diqqət yayındırıcı amil kimi təsirlənib.

Vəkil əlavə edib ki, Bricit Makron həqiqəti ictimaiyyət qarşısında açıqlamaqda qərarlıdır.

Əvvəlki məhkəmə işi

Keçən il Makron iki ifrat sağçı bloqerin oxşar iddiaları ilə bağlı açılan məhkəmə prosesində 6 min 750 funt sterlinq təzminat qazanmışdı. Həmin işdə Bricit Makronun qardaşı Jan-Mişel Troqneksə qarşı böhtanlara görə də təzminat ödənilməsinə qərar verilmişdi.

Chosen
30
afn.az

1Sources