Türkiyədə meşə yanğınları ilə könüllü şəkildə mübarizə aparan və yanğında həlak olan şəxslər şəhid hesab olunacaq.
Gundem.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı açıqlayıb.
Bildirilib ki, bu barədə qərar “Rezmi Gazete”də dərc olunaraq qüvvəyə minib.
Bununla da, meşə işçiləri və könüllüləri ilə yanaşı, yanğınlarla mübarizə zamanı həlak olan digər könüllülər və vətəndaşlara da rəsmi olaraq şəhid statusu veriləcək.