EN

Həkimlər uşağın qulağından canlı xərçəngçıxardılar

Meksikada çimərlikdə istirahət edən azyaşlı uşağın qulağından həkimlər canlı xərçəng çıxarıblar.

Redaktor.az-ın xəbərinə görə, bu barədə ''Daily Mail'' məlumat yayıb.

Azyaşlı Pedro dənizdə çimdiyi zaman narahatlıq hiss edib və qısa müddət sonra qulağında güclü ağrı başlayıb. Anası Kitzia Mitre dərhal oğlunu yaxınlıqdakı tibb mərkəzinə aparıb.

Müayinə zamanı həkimlər Pedronun qulağında balaca, lakin canlı bir xərçəng aşkar ediblər. Xərçəng xüsusi tibbi alətlərlə çıxarılıb və məlum olub ki, o, tamamilə sağlamdır və hətta tərpənməyə də başlayıb.

Hadisə ilə bağlı zarafat edən ana bildirib:

“Bir dənə də olsun xərçəngə zərər dəyməyib.”

Mütəxəssislər bu cür hadisələrin çox nadir olduğunu, lakin zaman-zaman insan orqanizminə təsadüfən daxil olan canlılarla bağlı oxşar hallar yaşandığını bildirirlər.

Hadisə valideynlərə və çimərlikdə dincələn insanlara, xüsusilə uşaqlara diqqətli olmağın vacibliyini xatırladır. Həkimlər xəbərdarlıq edir ki, dənizdə üzərkən belə gözəgörünməz risklər insan sağlamlığı üçün təhlükə yarada bilər.

Aminə ŞAHSUVARQIZI

Chosen
27
1
redaktor.az

2Sources