
Ən yaxşı nəticələri aşağıdakı pilotlar göstəriblər:
-
Lando Norris (McLaren)
-
Oskar Piastri (McLaren)
-
Şarl Lekler (Ferrari)
İkinci sessiya bu gün saat 16:00-dan 17:00-dək keçiriləcək. *** 13:32 Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş davam etdirilir. 1news.az-ın məlumatına görə, turnir çərçivəsində saat 12:30-da ilk sərbəst yürüş sessiyasına start verilib. Əvvəlcə sessiya 16-cı döngədə toplanan xırda tullantılar səbəbindən dayandırılıb. Qeyd edək ki, sərbəst yürüşlərin birinci sessiyasının dayandırılması təhlükəsizlik məqsədi daşıyıb. Daha sonra sessiya bərpa olunub.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.