EN

Trampın helikopteri təcili eniş edib

Ajans.az  xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. İnsident ABŞ prezidentinin Böyük Britaniyanın Baş naziri Kir Starmerlə birgə mətbuat konfransı üçün görüşdüyü Çekersdəki iqamətgahından Stansted hava limanına uçarkən baş verib. Qeyd olunur ki, prezident helikopterinin hidravlik sistemində problemlər yaranıb. Pilotlar ehtiyat tədbiri olaraq təyyarəni Luton hava limanına endirmək qərarına gəliblər. Orada Tramp və birinci xanım ehtiyat helikopterə keçib, yollarına davam ediblər.

Texniki nasazlığa baxmayaraq, xəsarət alan olmayıb. Reys təyinat yerinə iyirmi dəqiqə gecikib.

Chosen
13
4
Ajans.az

5Sources