EN

"Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başa çatıb.

 

Pravda.az xəbər verir ki, mübarizəyə saat 12:30-da start verilib.

 

Yürüşü Lando Norris lider tamamlayıb. Onun "MakLaren"dən komanda yoldaşı Oskar Piastri ikinci, "Ferrari"dən Şarl Lekler isə üçüncü olub.

 

Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Tarix: 19 Sentyabr 2025, 14:18   
Chosen
27
13
pravda.az

10Sources