EN

Azərbaycan Konstitusiyasının təkmilləşdirilməsinin zamanı çatıb – Elşad Nəsirov

“Azərbaycan Konstitusiyası öz dövrünün ən mütərəqqi sənədlərindən biridir. Zaman keçdikcə, cəmiyyətdə yeni münasibətlər formalaşdıqca, dövlət-cəmiyyət əlaqələri inkişaf etdikcə konstitusion münasibətlər də sürətlə dəyişir və bu münasibətləri tənzimləyən Konstitusiyanın özünün də təkmilləşdirilməsinə zərurət yaranır”.

Ölkə.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Akademiya rəisi bildirib ki, Konstitusiyaya referendumla edilən əlavə və dəyişikliklər dövlət hakimiyyəti orqanlarının qarşılıqlı əlaqəsi, hakimiyyət bölgüsü mexanizminin təkmilləşdirilməsi, vətəndaşların hüquq və azadlıqlarının məzmun etibarilə zənginləşdirilməsi, müdafiə mexanizmləri və təminatlarının inkişafına xidmət edib:
“Bu gün artıq bütün ərazisində tam suverenliyini bərpa edən Azərbaycan Konstitusiyasının yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb. Artıq Milli Məclis bu istiqamətdə ilk addımı atıb. Belə ki, iyunda Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı konstitusiya qanunu qəbul edilib. Həmin dəyişikliklər muxtariyyətin statusunda yenilənməni özündə əks etdirib. Naxçıvanın konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Azərbaycan Konstitusiyasında da müəyyən dəyişikliklər zərurəti meydana çıxacaq. Belə ki, konstitusiya qanunu Azərbaycan Konstitusiyasının tərkib hissəsidir”.
E.Nəsirov vurğulayıb ki, bu gün sürətli inkişaf prosesi gedir. İctimai həyata informasiya kommunikasiya texnologiyaları daxil olur. Artıq dövlət, məhkəmə hakimiyyətinin fəaliyyətində süni intellektdən istifadə edilir.

“Bu öz növbəsində insan hüquq və azadlıqlarına bu və ya digər formada təsir edir. Hazırda süni intellekt vasitəsilə informasiya kommunikasiyaları texnologiyaları insan hüquqlarına təsir edir, insanın şəxsi həyatına müdaxilə halları da artır. Bu, insan hüquqları sahəsində bir çox dəyişikliklərin edilməsi zərurəti yaradır. Konstitusiyada həmçinin hakimiyyətin qolları arasında münasibətləri tənzimləyən, ərazi quruluşu nöqteyi-nəzərdən də müəyyən müddəaların dəyişdirilməsi zərurəti ortaya çıxa bilər. Azərbaycanın müasir inkişaf tempi belə bir zərurətini qarşıya qoyur. Naxçıvan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdən sonra Azərbaycan Konstitusiyasının təkmilləşdirilmısi istiqamətində addım atmağın zamanı çatıb”, - deyə o fikrini tamamlayıb.
Mürtəza

Chosen
31
2
olke.az

3Sources