EN

Lebron Ceyms karyerasını bitirəcəyini açıqlayıb

ABŞ millisinin üçqat Olimpiya çempionu, "Los-Anceles Leykers"in basketbolçusu Lebron Ceyms yaxın zamanda peşəkar karyerasını başa vurmağı planlaşdırır.

İdman.biz xəbər verir ki, o, bu barədə "Complex" portalına müsahibəsində bildirib.

40 yaşlı basketbolçu 23 illik karyerasından danışıb: "İndən sonra, hətta 10 il də oynamağı düşünmürəm. Amma karyeramın sonu yaxınlaşır, bu, olacaq. Sadəcə, hələlik, vaxtı çatmayıb”.

Qeyd edək ki, Ceyms 4 dəfə NBA çempionu olub, dəfələrlə müntəzəm mövsümün ən yaxşı oyunçusu və pley-off final seriyasının ən dəyərli basketbolçusu seçilib. O, NBA tarixində ən çox xal toplayan oyunçudur və 22 mövsüm liqada ən çox çıxış edənlərin siyahısında Vins Karterlə birinci yeri bölüşür. Ceyms "Klivlend" (2003–2010; 2014–2018), "Mayami" (2010–2014) klublarında çıxış edib. 2018-ci ildən isə "Los-Anceles Leykers"də oynayır.

İdman.biz

Chosen
23
1
idman.biz

2Sources