EN

Bu yerlərdə siqaret çəkəndə cərimə olunacaqsınız

Lent az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bəzi ölkələrdə, hətta açıq havada belə, siqaret çəkənlər cərimə olunurlar. 

Görəsən, Azərbaycanda vəziyyət necədir? “Siqaret çəkmək qadağandır” nişanları olmayan hansı yerlərdə cərimə yazılır? Küçədə siqaret çəkməyin cəriməsi varmı?

Lent.az-ın araşdırmasına görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda  küçədə siqaret çəkilməsi ilə bağlı heç bir qadağa yoxdur. 

Qanunun 10-cu maddəsinə əsasən, siqaret çəkmək aşağıdakı yerlərdə qadağandır:

təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, tibb müəssisələrində və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektlərində, məişət obyektlərində, teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində,metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, dəmiryolu qatarlarında, hava və su nəqliyyatı vasitələrində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində, sosial xidmət müəssisələrində;(qocalar evi, uşaq evi və.s), yerləşdirmə vasitələrində;(otellər, pansiyonlar, kamplar və.s), mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində cərimə yazılır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212.1-ci maddəsinə əsasən qanunla qadağan olunan yerlərdə tütün çəkməyə görə 30 manat məbləğində cərimə nəzərdə tutulur. Həmçinin qanunun 212.4-ci maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 300 manat məbləğində cərimə nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
1
lent.az

2Sources