EN

Azərbaycandan Gürcüstana pul köçürmələri 45% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Gürcüstana 13 milyon 833 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11 milyon 297 min dollar və ya 45% azdır. 2024-cü ilin yanvar-iyun aylarında bu məbləğ 25 milyon 130 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci yarımildə Azərbaycandan Gürcüstana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 5,8% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
11
1
banco.az

3Sources