EN

Hibrid təhdidlərə dair tədbir keçiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov sentyabrın 22-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.

XQ xəbər verir ki, səfərdə deputat “Hibrid təhdidlərin cavablandırılması” mövzusunda keçiriləcək növbəti Azərbaycan-Türkiyə birgə təliminə (HTM-2025) hazırlıq iclasında iştirak edəcək.

Səfər sentyabrın 25-də başa çatacaq.

Chosen
43
10
xalqqazeti.az

10Sources