"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş başa çatdı.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sessiyada ən yaxşı nəticəni "McLaren" komandasının üzvü Lando Norris göstərib.
İkinci pillədə onun komanda yoldaşı, çempionatın lideri Oskar Piastri, üçüncüdə isə "Ferrari" komandasının üzvü Şarl Lekler qərarlaşıblar.
*** 12:53
"Formula-1" kateqoriyasında ilk sərbəst yürüş davam edir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, marşallar 16-cı döngədə kənar elementləri təmizlədikdən sonra qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub və yürüş davam edib.
*** 12:51
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş dayandırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna səbəb trasın üzərində maneənin olmasıdır.
Nəticədə qırmızı bayraq qaldırılıb.
Problem həll ediləndən sonra sessiya davam etdiriləcək.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.
***
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüş başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, mübarizəyə saat 12:30-da start verilib.
İkinci sərbəst yürüş saat 17:00-da olacaq.
Qeyd edək ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.