EN

Azərbaycan və Türkiyə hibrid təhdidlərə dair birgə təlim keçirəcək

Azərbaycan və Türkiyə hibrid təhdidlərə dair birgə təlim keçirəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov sentyabrın 22-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.

Səfərdə deputat “Hibrid təhdidlərin cavablandırılması” mövzusunda keçiriləcək növbəti Azərbaycan-Türkiyə birgə təliminə (HTM-2025) hazırlıq iclasında iştirak edəcək.

Səfər sentyabrın 25-də başa çatacaq.

Chosen
50
10
moderator.az

10Sources