EN

İkinci Dünya Müharibəsi bombası tapıldı – kütləvi təxliyə

Ajans.az xəbər verir ki,bu barədə Berlin polisi məlumat yayıb. Partlayıcı maddə Şpre çayında, 3 metr dərinlikdə aşkarlanıb. Hadisənin ardından şəhər rəhbərliyi dərhal təhlükəsizlik tədbirləri görərək, bombanın yerləşdiyi ərazidə yaşayan minlərlə insanın evakuasiyasına başlayıb. Polisin açıqlamasında qeyd olunub ki, təxminən 500 metrlik ərazi 12 saat müddətinə həm yol, həm də su nəqliyyatı üçün bağlanıb. Təhlükəsizlik qüvvələri və xüsusi mütəxəssislər ərazidə genişmiqyaslı yoxlamalar aparıblar. Araşdırma nəticəsində bombanın partlamamış və aktiv təhlükə yaratmadığı müəyyən edilib. Maddə çaydan çıxarılaraq zərərsizləşdirilməsi üçün təhlükəsiz şəkildə daşınıb. Rəsmilər bildiriblər ki, təhlükə aradan qaldırıldıqdan sonra bütün vətəndaşlar evlərinə qayıda bilərlər. Qeyd edək ki, İkinci Dünya Müharibəsi zamanı atılmış, lakin partlamamış bombaların Almaniyada tapılması nadir hadisə deyil. Xüsusilə tikinti və sualtı işləri zamanı bu cür tapıntılar zaman-zaman ictimai təhlükəsizlik tədbirlərinin görülməsinə səbəb olur.

 

Chosen
13
Ajans.az

1Sources