Sumqayıt şəhərində hündürlükdən yıxılan yeniyetmə ölüb.
"Cebheinfo.az" xəbər verir ki, "Report"un yerli bürosunun məlumatına görə, 2009-cu il təvəllüdlü Şərifov Cəsur Rəvan oğlu şəhərin 40-cı məhəlləsində yaşadığı binanın 11-ci mərtəbəsindən yerə yıxılıb və aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
"Cebheinfo.az"