Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 1news.az-ınməlumatına görə, "Dams Lukas Oil"dən Cek Krouford birinci olub. İlk onluq belə formalaşıb: 1. Cek Krouford (“DAMS Lucas Oil”) — 1:54.791 2. Leonardo Fornaroli (“Invicta Racing”) — +0.019 3. Qabriele Mini (“Prema Racing”) — +0.399 4. Viktor Martins (“ART Grand Prix”) — +0.604 5. Aleksander Dunne (“Rodin Motorsport, R”) — +0.778 6. Luke Brovning (“Hitech Pulse-Eight”) — +0.778 7. Josep Maria Marti (“Campos Racing”) — +0.785 8. Martinius Stenshorne (“Trident”) — +0.847 9. Roman Stanek (“Invicta Racing”) — +0.885 10. Sebastian Montoya (“Prema Racing”) — +1.018 *** 14:12 Bakıda Formula 2 üzrə Azərbaycan Qran-Prisində sıralama turuna start verilib. 1news.az-ın məlumatına görə, hazırda paytaxtda keçirilən Formula 2 yarışında 11 komanda güclərini sınayır. Pilotlar sıralama turunda ən yaxşı mövqeləri tutaraq sabahkı əsas yarış üçün start düzülüşündə üstünlük qazanmağa çalışırlar. Sıralama turundan əvvəl baş tutan sərbəst yürüş sessiyasında ən yaxşı nəticəyə “Rodin” komandasının irlandiyalı pilotu Dunne Aleks imza atıb. O, Bakı Şəhər Halqasında sürətli dövrə zamanı yüksək peşəkarlıq nümayiş etdirərək rəqiblərini geridə qoyub. Qeyd edək ki, bu gün, sentyabrın 19-da saat 16:00-da Formula 1 üzrə Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş sessiyası keçiriləcək. Hər iki seriyada komandalar və pilotlar həm texniki baxımdan, həm də trasla uyğunlaşma baxımından vacib mərhələlərdən keçirlər.