Minifutbol üzrə Çempionlar Liqası davam edir.
Fanat.Az xəbər verir ki, təmsilçilərimizdən “Zirə” 1/8 final mərhələsində Montenrqronun “Hram” komandası ilə qarşılaşıb.
Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv rəqibini 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün daha iki təmsilçimiz 1/8 final matçına çıxıb. Azərbaycan çempionu "Birbaşa Bakı" Yunanıstan təmsilçisi "Flaminqos" ilə, Rəcəb Fərəczadəli "Aznur" isə Çexiya "Brno"su ilə üz-üzə gəlir. Hər iki qarşılaşma saat 15:45-də başlayıb və hazırda davam edir.