Yaxın illərdə dünya bazarında almaz təklifi üç-dörd dəfə azala bilər, bu da artan kəskin qıtlığa gətirib çıxaracaq.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu proqnozu Rusiya Federasiyası maliyyə nazirinin müavini Aleksey Moiseyev səsləndirib.
"Beş ildən sonra, ya da ən geci 2032-ci ilə qədər dünya bazarında almazların həcmi üç-dörd dəfə azalacaq. Və nəzərə alsaq ki, investisiyalardan hasilata qədər olan dövr çox uzundur, ola bilsin ki, 2030-cu illərin sonuna — 2040-cı illərin əvvəlinə yaxın istehsal bərpa oluna bilər. Ona görə də biz tezliklə bu bazarda getdikcə artan kəskin qıtlıq vəziyyətinə daxil olacağıq", — deyə Moiseyev bildirib.
Onun sözlərinə görə, yeni yataqlara sərmayə qoyuluşu ilə onların tam gücü ilə fəaliyyətə başlaması arasında müddət çox uzundur, bu isə bazar şəraitinə operativ şəkildə cavab verməyə imkan vermir.