EN

Rusiyada işləyən azərbaycanlı həkimin yaydığı BU GÖRÜNTÜLƏR gündəm odu - VİDEO

Rusiyada müalicə üçün müraciət edən pasiyent azərbaycanlı həkim Elvin Hüseynovun qəbuluna girməkdən imtina edib.

Musavat.com xəbər verir ki, hadisənin səs yazısı gizlicə qeydə alınıb və həkim Elvin Hüseynov tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

Pasiyent əvvəlcədən “rus olmayan” həkim tərəfindən müayinə olunacağını bilsə də, qəbul zamanı etirazını açıq şəkildə bildirib.

Söhbət qısa müddətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı həkim Elvin Hüseynov bildirib ki, bu kimi hallar təkcə peşəkar fəaliyyətinə deyil, həm də etnik mənsubiyyətinə qarşı ayrı-seçkilikdir.

Sözügedən görüntüləri təqdim edirik.

Musavat.com

Chosen
29
musavat.com

1Sources