Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ilk sərbəst yürüşü başlayıb. 1news.az xəbər verir ki, mübarizə saat 16:00-da start götürüb. Qeyd edək ki, günün ilk test yürüşündə “ “McLaren” komandasının sürücüsü Lando Norris ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb – 1:42.704. Onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri 0.310 saniyə geridə qalaraq ikinci nəticəni göstərib. İlk üçlüyü isə “Ferrari”nin sürücüsü Şarl Lekler tamamlayıb - 1:43.256. Xatırladaq ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.