"Formula 1" Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib.
aia.az xəbər verir ki, yürüşdə 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
İlk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.
aia.az