EN

Şəhid Elnaz Hacıyevin anası AAYDA-ya təşəkkür edib » AzadMedia.az


Şəhid Elnaz Hacıyevin anası AAYDA-ya təşəkkür edib. AzadMedia.az xəbər verir ki, şəhidimizin anası dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib:

“Bugünkü gündə şəhidimizi yada salırsiz, ailəsini yoxlayırsız. Qayğı və diqqət göstərirsiz. Tanrı Cənab prezidentimiz İ.Əliyevi, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı qorusun. Övladlarımız prezidentimizin bir yumruğu ilə Allah deyib yola düzəldilər.

Torpaqlarımızı azad etdilər. Düzdü, biz analar üçün çətindi. Amma övladlarımiz vətən, torpaq uğrunda şəhid olub. Övladımla fəxr edirəm. O qəhrəmandır. Şamaxı rayonunun icra başçısı Tahir Məmmədova, AAYDA-nın sədri Saleh Məmmədova, AAYDA-nın 19 nömrəli XT Yol İdarəsi MMC-nin Direktoru Nazim Eynallıya, "19 saylı Xüsusi Təyinatlı Yol İstismarı” İdarəsinin işçisi Emil müəllimə təşəkkür edirəm. Hər zaman biz şəhid ailələrinə dəstək olurlar”.
Chosen
24
1
azadmedia.az

2Sources