EN

Federasiyada gözlənilməz istefalar: nə baş verir?

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Alpaqut Federasiyasından (DAF) gələn istefa xəbəri müzakirələr yaradıb. Belə ki, DAF prezidenti, sabiq millət vəkili və əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Jalə Əhmədova, I vitse-prezident, millət vəkili Könül Nurullayeva, vitse-prezident Anar Qurbanov, İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuzə İskəndərova və katibliyin rəhbəri Tünzalə Əzimova tutduqları vəzifələrdən imtina ediblər. Sözügedən proses federasiya daxilində nələrin baş verdiyinə dair suallar doğurub.

Globalinfo.az-a danışan Firuzə İskəndərova deyib ki, istefaların səbəbi fikir ayrılıqları olub:

“İcra Komitəsi ilə İdarə Heyəti arasında federasiyanın inkişafına dair gələcək strateji planlarla bağlı müəyyən fikir ayrılıqları yaranmışdı. Məhz bu səbəbdən İcra Komitəsinin bütün üzvləri istefa vermək qərarına gəldilər. İdarə Heyəti isə əvvəlki tərkibdə fəaliyyətini davam etdirir”.

Qeyd edək ki, Dünya Alpaqut Federasiyası, Alpaqutun beynəlxalq aləmdə tanıdılması və inkişaf etdirilməsi məqsədini güdür. Federasiyada növbəti qurultayın vaxtı yaxın günlərdə elan ediləcək.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
15
globalinfo.az

1Sources