EN

Hərbi Prokurorluqda kadr dəyişikliyi olub - YENİLƏNİB

Hərbi Prokurorluğun Mətbuat xidmətinin sabiq rəhbəri baş ədliyyə müşaviri Firad Əliyevlə bağlı təyinat olub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Mətbuat Xidmətinin rəhbəri baş ədliyyə müşaviri Əliyev Firad Fuad oğlu tutduğu vəzifədən azad olunub, Hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin olunub.

Firad Əliyev 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2004-cü ildə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib. 12 aprel 2005-ci ildən prokurorluq orqanlarında qulluq keçir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif şəkildə təltif olunub, o cümlədən ona "ədliyyə müşaviri" və "baş ədliyyə müşaviri" rütbələri vaxtından əvvəl verilib.

14.29

Chosen
23
aznews.az

1Sources