EN

Böyürtkənli torpaq haqqında sevgi dolu kitab - Qulu Məhərrəmli

Əməkdar incəsənət xadimi Ziya Şıxlinski Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun 90 illik yubileyi münasibətilə qısametrajlı sənədli filmin çəkilişlərinə başlayıb.

Kulis.az APA- ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, çəkilişlər Bakı və Qazaxda aparılacaq. Filmdə Xalq yazıçısı Anar, ədəbiyyatşünas alim İntiqam Mehdizadə və Qazax ziyalılarının iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2025-ci il tarixli sərəncamı ilə Yusif Səmədoğlunun 90 illiyi qeyd olunur.

Chosen
35
kulis.az

1Sources