EN

Tim Burton və Monika Belluççi ayrıldı

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

67 yaşlı rejissor Tim Burton və 60 yaşlı aktrisa Monika Belluççi münasibətlərinə son qoyduqlarını açıqlayıblar. 

Qaynarinfo xəbər verir ki, Hollivudun ən tanınmış cütlüklərindən biri olan Burton və Belluççinin romanı iki il davam edib.

"France24”ün məlumatına görə, cütlük ayrılığı tamamilə dostcasına və qarşılıqlı hörmətlə gerçəkləşdirib. Birgə bəyanatda belə deyilir:

"Monika Belluççi və Tim Burton bir-birlərinə böyük hörmət və dərin qayğı ilə ayrılmaq qərarı veriblər”.

Burton və Belluççinin sevgisi 2023-cü ildə rəsmi şəkildə təsdiqlənmişdi. Həmin vaxt məşhur rejissor aktrisaya 1988-ci ildə ekranlara çıxmış "Bitldcuz” filminin davamında rol təklif etmişdi. Belluççi filmdə keçmiş ərindən intiqam almağa çalışan Dolores adlı şeytani ruh obrazını canlandırıb.

Monika Belluççi bundan əvvəl fransız aktyor Vensan Kassellə 14 il evli olub və bu nikahdan iki övlad böyüdüb. Tim Burton isə 2014-cü ilə qədər britaniyalı aktrisa Helena Bonham Kartrlə uzunmüddətli münasibətdə olub. Onların da iki övladı dünyaya gəlib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
qaynarinfo.az

1Sources