Avropa İttifaqı Rusiya hərbi sənayesinə yardım göstərən üçüncü ölkə şirkətlərinə, o cümlədən Çinə qarşı sanksiyalar tətbiq edə bilər.
Editor.az xəbər verir ki, bu barədə Aİ-nin ali diplomatı Kaya Kallas X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Onun sözlərinə görə, Avropa İttifaqı sanksiyaların pozulması və ya onların dolayısı ilə ötürülməsinə qarşı sərt mövqe nümayiş etdirəcək və bütün mövcud mexanizmlərdən istifadə edəcək.
//Samir Qurbanov, Editor.az