EN

TAİB antiterror əməliyyatının ildönümünü qeyd edib - FOTOLAR

Türk Ağsaqqalları  İctimai Birliyi-TAİB-in mərkəzi ofisində Azərbaycan Ordusunun 2023-cü ildə həyata keçirdiyi uğurlu antiterror əməliyyatının  ikinci ildönümünə həsr olunmuş tədbir keçirilib.İctimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərin də iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.TAİB sədri, akademik Südeif İmamverdiyev tədbirdə çıxış edərək bildirib ki, erməni separatçılarının Qarabağda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələri birləşmələrinin tərkisilah edilərək ərazilərimizdən çıxarılması məqsədilə 2023-cü il sentyabrın 19–20-də bölgədə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun zəfər yürüşünü tamamlayan parlaq qələbədir.Tədbirdə o da qeyd olunub ki, Azərbaycan 2023-cü ilin sentyabrında beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa edib. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkənin bütün ərazilərində əzəmətlə dalğalanmaqdadır.Digər çıxış edənlər də bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Müzəffər Ali Baş komandan İlham Əliyevin qətiyyəti və müqəddəs torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğulların sayəsində  bərpa edilib. "Qəhrəman şəhidlərimizin fədakarlığını heç vaxt unutmayacağıq"-deyə tədbirdə vurğulanıb.Tədbirin sonunda antiterror əməliyyatını əks etdirən videoçarx nümayiş olunub.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
7
missiya.az

1Sources