EN

DİQQƏT: Repetitorluğun qarşısını almağın yeganə yolu budur…

Azərbaycanda repetitorluq probleminin qarşısının alınması üçün müxtəlif təşəbbüslər gündəmə gətirilir. Bəs, təhsil sistemində islahatlar aparılsa, repetitorluq ehtiyacına son qoymaq olarmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Məzahir Məmmədli bildirib ki, ümumtəhsil məktəblərində repetitorluğun qarşısını almaq istiqamətində müəyyən addımlar atılır.

Məzahir

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyi də bu məsələyə diqqət yetirib və ənənəvi sentyabr konfransında regionlarda ayrı-ayrı fənlər üzrə peşəkar müəllimlərin bir məktəbdə cəmləşdirilməsi təklifini irəli sürüb:

“Yuxarı sinif şagirdlərinin əlavə hazırlıqlara ehtiyac duymadan məktəb daxilində tam şəkildə proqramları mənimsəməsi hədəflənir. Bu, hazırda pilot layihə kimi təqdim olunur və özünü necə doğruldacağını zaman göstərəcək. Amma düşünmürəm ki, bu, problemin həlli üçün əsas vasitə ola bilər.”

Ekspert hesab edir ki, repetitorluğun qarşısını almağın yeganə yolu tələbə qəbul qaydalarının sadələşdirilməsidir:

“Əgər buraxılış sinifinin şagirdləri təkcə attestatla xarici universitetlərə qəbul ola bilirsə və sonradan Azərbaycana yaxşı mütəxəssis kimi qayıdırsa, ölkə daxilində də attestat və ya hibrid formada qəbul sistemi tətbiq edilməlidir. Bu halda repetitorluğa ehtiyac qalmaz.”

Məzahir Məmmədli əlavə edib ki, qəbul sistemində aparılacaq islahatlar repetitorluq probleminin həllində ən faydalı addımlardan biri ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
16
1
konkret.az

2Sources