1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Unanyan vəzifəsindən azad edilib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Unanyanın işdən azad edilməsi barədə sərəncamı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan baş nazirin təklifi əsasında imzalayıb.
Qeyd edək ki, Edqar Unanyan bu vəzifədə bir ildən çox çalışıb, o, 2024-cü ilin yayında komandan təyin edilmişdi. Bundan əvvəl isə Sərhəd Qoşunları komandanının birinci müavini vəzifəsində çalışıb, Ermənistan-Gürcüstan sərhədində sərhəd nümayəndəsi olub.