EN

Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin ikinci sərbəst yürüşü başa çatıb - ilk 3 yerin qalibi - SİYAHI - YENİLƏNİB

Bakıda
Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ikinci sərbəst yürüşü başa çatıb. 1news.az xəbər verir ki, yarışda “Ferrari” komandasının sürücüsü Lyus Hamilyon 1:41.293 nəticə ilə ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb . Onun komanda yoldaşı Şarl Lekler ilə yarışın ikincisi olub. Üçüncü yerdə isə “Mercedes” komandasının pilotu pilotu Corc Russell isə yarışı üçüncü tamamlayıb.
**** 16:02 Bakı Şəhər Halqasında keçirilən Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ilk sərbəst yürüşü başlayıb. 1news.az xəbər verir ki, mübarizə saat 16:00-da start götürüb. Qeyd edək ki, günün ilk test yürüşündə “ “McLaren” komandasının sürücüsü Lando Norris ən sürətli dövrəyə imza ataraq sessiyanı lider kimi tamamlayıb – 1:42.704. Onun komanda yoldaşı və çempionatın lideri Oskar Piastri 0.310 saniyə geridə qalaraq ikinci nəticəni göstərib. İlk üçlüyü isə “Ferrari”nin sürücüsü Şarl Lekler tamamlayıb - 1:43.256.

Xatırladaq ki, bu gün start götürən Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Chosen
10
1
1news.az

2Sources