EN

Neftçalada ümumrayon tədbiri keçirildi Fotolar

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dövlət Suverenliyi Günü münasibətilə tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhər mərkəzində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi və Şəhidlər Abidə Kompleksi ziyarət olunub.

Mirhəsən Seyidov çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycan xalqının əsrlərlə arzuladığı azadlıq və dövlətçilik ideyası 1991-ci ildə gerçəkləşərək müstəqil dövlətimizin əsasını qoyub. Bu tarixi gün xalqımızın milli qürurunun, azadlıq uğrunda mübarizəsinin simvoludur. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti müstəqilliyimizin qorunub saxlanılmasında həlledici rol oynayıb. Bu gün isə Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində Azərbaycanın müstəqilliyi və suverenliyi daha da möhkəmlənib, ərazi bütövlüyümüz tam təmin olunub, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

RİH başçısı bildirib ki, bütün şəhidlərimizi, o cümlədən Birinci Qarabağ savaşında, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən 2023-cü ilin sentyabrında Qarabağda aparılan birgünlük lokal xarakterli antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan hərbi qulluqçularımızı hər zaman ehtiramla yad edirik.

Çıxış edən digər natiqlər - şəhid kapitan Xəzər Cəfərovun həyat yoldaşı Bülülxanım Cəfərova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin rəis müavini mayor Razim Məmmədov Dövlət Suverenliyi Gününün əhəmiyyətini diqqətə çatdıraraq, bu günün ölkəmizin siyasi, iqtisadi və mədəni inkişafında mühüm mərhələ olduğunu qeyd ediblər.

Tədbir çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbirə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən X.Məmmədov adına Rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii proqramla yekun vurulub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
2
qafqazinfo.az

3Sources