EN

Qazaxıstanda Azərbaycanın lüks turizm imkanları nümayiş olunub

Qazaxıstanda
Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu 17-19 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilmiş "Luxury Travel Mart" (LTM) tədbirində təmsil olunub. 1news.az agentliyə istinadən xəbər verir ki, tədbir zamanı keçirilən B2B görüşlərində Qazaxıstan və Özbəkistanın 30-dan çox turizm şirkəti və turoperatoru ilə görüşlər keçirilərək əməkdaşlıq imkanları müzakirə olunub, ölkənin lüks turizm potensialı təqdim edilib.
Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qazaxıstandan 69 332, Özbəkistandan 37 718 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19 % və 28 % çoxdur. "Azərbaycan Hava Yolları" (AZAL), "Air Astana", "FlyArystan" və "Uzbekistan Airways"in Bakı ilə Almatı, Astana və Daşkənd şəhərləri arasında birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artmasına və ölkələrarası turizm əlaqələrinə töhfə verir.
Chosen
14
10
1news.az

10Sources