EN

48 saat ərzində 5 dəbdəbəli geyim: Melaniya Tramp Londonu belə valeh edib

Donald Trampın prezidentliyinin ilk səkkiz ayı ərzində onun həyat yoldaşı cəmi 22 dəfə ictimaiyyət qarşısında çıxış edib. Lakin bu yaxınlarda Böyük Britaniyaya dövlət səfəri zamanı Melaniya Tramp hər kəsi təəccübləndirdi: 48 saat ərzində o, beş dəbdəbəli geyim dəyişdi və hər biri müzakirə mövzusuna çevrildi.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı yazıb.

Ekspertlər hesab edirlər ki, Kral Çarlzın dəvətini aldığı andan ABŞ-ın birinci xanımı geyimlərini hərbi dəqiqliklə hazırlayıb. Stilist Herve Pierre ilə işləyərək, o, hər bir detalı düşünüb.

"Burberry", "Dior", "Louis Vuitton" və "Carolina Herrera" - Melaniya cəsarətlə böyük adlar seçib, lakin şəxsi aksent - toxunuş ilə.

Kral etiketi ilə kəskin şəkildə ziddiyyət təşkil edən bənövşəyi kəmərli parlaq sarı "Karolina Herrera" axşam paltarı ziyafətdə ən çox danışılanlardan idi.

Karamel tonlarında sərt "Louis Vuitton" dəri gödəkçə isə birinci xanım əhvalını tam başqa tona kökləyib.

Chosen
17
publika.az

1Sources