Misli premyer-liqasında ilk 4 tur geridə qaldı. Bu gün 5-ci tura start veriləcək.
İlk iyun günündə iki matç keçiriləcək və "CBC Sport"un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
19 sentyabr
1-ci dövrə, 5-ci tur
Karvan-Yevlax - İmişli 0:3
Dioqo Almeyda, 12. Edvin Banquera, 15. Azər Salahlı, 80.
"Karvan-Yevlax" bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: ELVİN BAYRAMOV, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı, şəhər stadionu. Saat 16.00.
Mövsümə yaxşı başlayan "Karvan-Yevlax" "Şamaxı"nın meydanında yaşadığı böyükhesablı məğlubiyyət üzündən sarsıldı. İndi psixoloji durumu yaxşılaşdırıb "İmişli"yə qarşı görüşə hazırlaşmaq vacibdi. Hər halda, mövsüm hələ yeni başlayıb və ruhdan düşmək yalnız yevlaxlılara ziyan verəcək. Onsuz da kollektiv müəyyən qarşılaşmalarda potensialının olduğunu sübut edib. Sadəcə, ən qısa zamanda toparlanmaq və yola davam etmək lazımdı. "Karvan-Yevlax" unutmamalıdı ki, "İmişli" "Sumqayıt" üzərində qələbə qazansa da, adı iştirak ərizəsində olmayan futbolçunu meydana buraxdığına görə böyük ehtimalla texniki məğlubiyyətlə üzləşəcək. Əlbəttə, belə xoşagəlməz hadisə "pələnglər"in də psixoloji hazırlıq səviyyəsinə mənfi təsir edə bilər. Odu ki, ötən mövsüm 1-ci liqada bir-birinə qarşı göstərdiyi oyunlarla azarkeşlərə futbol zövqü yaşatmağı bacaran bölgə təmsilçiləri premyer-liqada da ənənəyə sadiq qalmalıdı. Bəs bölgə təmsilçiləri buna nə dərəcədə nail olacaq? Cavabı cümə günü öyrənəcəyik.
Zirə - Şamaxı
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 17:+7=8-2, 24:13.
2015/16 – 0:0, 2:1; 2016/17 – 1:1, 1:1; 2017/18 – 1:1, 1:2; 2018/19 – 2:2, 2:0; 2019/20 – 3:1; 2020/21 – 3:1, 0:0; 2021/22 – 2:0, 0:0; 2022/23 – 1:0, 2:2; 2023/24 - 0:1, 3:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 40-40-20.
Hakimlər: CAVİD CƏLİLOV, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR hakimi: Rauf Cabbarov.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 18.30.
Yeni mövsümdə hələ məğlubiyyət üzü görməyən iki komandadan biri olan "Zirə" bu matçda da favoritdi. Görünür, "qartallar" xüsusən son iki "futbol ili"nə imza atdığı uğurlu nəticələri bu dəfə də təkrarlamaq niyyətindədi. Hədəf budusa, əlbəttə, "doğma divarlar" arasında keçiriləcək oyunda yeganə amal qələbə qazanmaq olmalıdı. O başqa məsələ ki, "Şamaxı" buna asanlıqla icazə verəcək rəqib deyil. Bəllidi ki, Ayxan Abbasovun “şirlər”i bəlkə də azı Rəşad Sadıqovun komandası qədər inadkar və mübarizdi. Xüsusilə iddialı rəqiblərə qarşı.Fiziki durum öz yerində. "Zirə" çətin "Qarabağ" səfərindən xalla qayıtdığına, "Şamaxı" evdə "Karvan-Yevlax"ı darmadağın etdiyinə görə psixoloji baxımdan problemsizdi.
Statistika isə qəsəbə təmsilçinin xeyrinədi. Bu komandalar indiyə qədər 35 dəfə qarşılaşıb. Bunların 15-də “Zirə”, 7-də “Şamaxı” qalib gəlib, 13-də isə “sülh” qeydə alınıb. Topların nisbətində “qartallar” öndədi – 46:31.
KƏNAN BAHADIR