EN

İlham Əliyev: Azərbaycan antisemitizmin, etnik-dini dözümsüzlüyün olmadığı nadir məkanlardan biridir

Müasir dünyada Azərbaycan antisemitizmin, ksenofobiya və etnik-dini dözümsüzlüyün mövcud olmadığı nadir məkanlardan biridir.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycanın yəhudi icmasına yəhudi xalqının yeni il bayramı – Roş ha-Şana münasibətilə təbrikində deyilir.

Dövlət başçısı qeyd edib ki, mədəni müxtəlifliyin qorunub saxlanılması, etnik azlıqların dil və mədəniyyətinin inkişafı, multikultural dəyərlərin təşviqi Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindəndir:

"Yəhudiəsilli vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin daha da gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə layiqli töhfələr verirlər".

Chosen
2
7
ikisahil.az

10Sources