EN

Bakıda Formula 1 pilotları fanatlarla görüşüblər

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 sentyabr, AZƏRTAC

Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində yarış həftəsinin ən çox gözlənilən tədbirlərindən biri – Fan Forum Dənizkənarı Bulvar ərazisində yerləşən Fanzonada keçirilib.

AZƏRTAC xəbər verir ki, səhnədə təşkil olunan sessiyada dünyaşöhrətli Formula 1 pilotları azarkeşlərlə görüşərək, onların suallarını cavablandırıb, avtoqraf verib və şəkil çəkdiriblər. Komandalar üçün ayrılmış vaxt ərzində fanatlar sevimli Formula 1 ulduzlarını yaxından görmək və yarış həyəcanını birgə bölüşmək imkanı əldə ediblər.

Cümə günü keçirilən Fan Forumda "Rasing Bulls", "Uilliams", "McLaren", "Kick Sauber" və "Aston Martin" komandalarının üzvləri iştirak ediblər. Şənbə günü isə digər komandaların pilotlarının fanatlarla görüşü nəzərdə tutulub.

Beləliklə, Fan Forum həm pilotlar, həm də azarkeşlər üçün yarış həftəsinin ən yaddaqalan anlarından birinə çevrilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
6
azertag.az

7Sources