EN

Azərbaycanda ilk dəfə: Bakı Retina Beynəlxalq Elmi Konfransı keçiriləcək – FOTO

2025-ci ilin oktyabrın 25-də Bakıda tibb elmləri doktoru, vitreo-retinal cərrah Tural Qəlbinurun sədrliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universiteti Oftalmologiya kafedrasının tərəfdaşlığı ilə beynəlxalq elmi konfrans keçiriləcək. Tədbir oftalmologiyanın əsas istiqamətlərindən biri olan retina xəstəlikləri və onların müasir müalicə üsullarına həsr olunacaq.

Bizim.Media xəbər verir ki, konfransda 11 ölkədən 21 tanınmış spiker çıxış edəcək.

Onlar retina xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan ən son elmi yenilikləri, qabaqcıl texnologiyaları və innovativ yanaşmaları təqdim edəcəklər.

Bu, iştirakçılar üçün yalnız nəzəri bilik əldə etməyə deyil, həm də beynəlxalq miqyasda təcrübə mübadiləsi aparmağa və peşəkar şəbəkələşməyə geniş imkan yaradacaq.
 

Tədbir, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Elmi Tibbi Şura tərəfindən DTT kredit balı ilə akkreditasiya olunub. Bu isə iştirakçıların əldə edəcəyi bilik və təcrübələrin rəsmi şəkildə tanınmasına zəmanət verir.


Konfrans, oftalmologiya sahəsində fəaliyyət göstərən həkim və mütəxəssislər üçün peşəkar şəbəkələşmə, beynəlxalq əməkdaşlıq və yeni perspektivlər qazanmaq baxımından mühüm platforma olacaq. İştirakçılar ən son elmi nailiyyətlərlə tanış olmaqla yanaşı, təcrübələrini paylaşaraq sahənin inkişafına töhfə vermək imkanı əldə edəcəklər.

Tədbirdə iştirak üçün //bakuretina.az saytına daxil olaraq qeydiyyatdan keçmək mümkündür.




Bizim.Media

Chosen
28
6
bizim.media

7Sources