EN

“Tehranda hələ istifadə etmədiyimiz imkanlara sahibik” – “Mossad”dan İrana təhdid kimi mesaj...


İsrailin baş naziri Netanyahu Livan Hizbullahının peycerlərini partladan hücumun birinci ildönümündə ölkənin xarici kəşfiyyat xidməti “Mossad”a mükafat təqdim edib.

Mükafatlandırma mərasimində çıxış edən “Mossad” direktoru Barnea İrana qarşı “qalib gəldiklərini və qazanmağa davam edəcəklərini” deyib.

İranda əməliyyatlarını davam etdirəcəklərini deyən Barnea bildirib ki, “Mossad”ın əməliyyat imkanları çox güclüdür, hətta əvvəlkindən də güclüdür, xüsusən də İran daxilində və hətta Tehranın mərkəzində.

İsrailin Tehranda hələ istifadə etmədiyi imkanlara sahib olduğunu iddia edən Barnea, İranda baş verənləri izləyəcəklərini bildirib.

TAHİR

Chosen
27
baki-xeber.com

1Sources