EN

Berlində bomba tapılıb: 10 min insan təxliyə edilib

Almaniyanın paytaxtı Berlinin 10 minə yaxın sakini İkinci Dünya Müharibəsinə aid aviasiya bombasının tapılmasından sonra təxliyə edilib.

Berlin polisinin məlumatına görə, partlayıcı qurğu Şpreye çayının 3 metr dərinliyində aşkar edilib.

Təxliyədən sonra sursatın heç bir təhlükə yaratmadığı müəyyən edilib. Bomba çaydan çıxarılaraq zərərsizləşdirilib.

Bombanın tapıldığı yerin ətrafında təxminən 500 metr ərazi 12 saat quru və çay trafikinə bağlanıb.

Təxliyə edilmiş sakinlərin evlərinə qayıtmasına icazə verilib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources