EN

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in kuboku “Odlar Yurdu”na həsr olunub

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in qaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqət çəkir. Dünyaca məşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmi mükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasına simvolizə edir..

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yan tərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindən götürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssüm etdirərək Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.

Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdim olunacaq.

XQ

Chosen
1
23
xalqqazeti.az

10Sources