EN

Oktyabrda “Bakı Fintex Forumu 2025” KEÇİRİLƏCƏK

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 9-da “Bakı Fintex Forumu 2025” keçiriləcək.

Hafta.az xəbər verir ki, forum “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunur.

Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək.Yerli və beynəlxalq ekspertlər fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparacaq. Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar. Forum çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.

Chosen
16
7
hafta.az

9Sources